2018-ci il yay mövsümü dəriyə qulluq məhsullarım:dəri tipim- yağlı/qarışıq ,yayda yanaqlarım nisbətən yağlı,qışda isə quru həssas

Bu yay mən Biotherm məhsullarına müraciət etmişdim.

Dərim qarışıq (combi) yağlılığa meyllıidi.T zona yağlı, yanaqlar isə quru.həssasdı.

Bu Biotherm Skin Oxygen seriyasından olan məhsullardı.seriyaya daxildir:

1 Biotherm skin oxygen depolluting cleanser -üz yuma gelidi. Dərini yuduqdan sonra yumşaq edir qurutmur,təravətləndirir .men bunu yalnız səhərlər istifadə edirdim.çünki axşam üzü daha dərindən yumaq isəyirsən bu isə çox yumşaq olduğu üçün dəridə olan makiajdan sonrakı yağı ölü hüceyrələri yaxşı təmizləmir, bu üz yuma gelini çox sevmədim.bu qiymətə daha yaxşı məhsul almaq olar.

bu məhsula verdiyim dəyər 10/6

2 Biotherm skin oxygen anti-pollution toner- üz tonikidir.Dərini yuduqdan sonra istifadə üçündür.ilk öncə çalxalıyıb istifadə edirsən.içində köpüklər əmələ gəlir.dəriyə vurduqda mentol təravətini hiss etmək mümkündür. bu məhsulu çox bəyəndim.dərini yandırmır qızartmır.dəriyə vurduqdan sonra biraz yapışqanlılıq hiss etmək olur ama bu hiss tez keçir.hem də ekonomikdi.mən 5 aydır ki istifadə edirəm gündə iki dəfə olmaqla.bu toniki yenidən ala bilərəm gələn yay üçün əgər daha maraqlı məhsuk tapmasam

bu məhsula verdiyim dəyər 10/9

3 Biotherm skin oxygen strengthening concentrate serum- zərdabdır.yaş həddi 25+.dərini təmizlədikdən sonra vurulur.antioksidant tərkiblidi.Dəri səthini möhkəmləndirir,şəhərin çirkli havasından qoruyur,ağardıcı effektə malikdir. Bu məhsul bu yay favoritimə çevrilmişdir.çox yumşaq edir dərini,yosun qoxusu var,dəridə tez həll olunur.yayda dəridə yaranan qara nöqtələrin əmələ gəlməsini azaldır,makiaj altı da özünü çox yaxşı göstərir.post akne-dən sonrakı dəridə yaranan qırmızı ləkələrin tez keçməsinə kömək olur.men gündə iki dəfə olmaqla səhər/axşam istifadə edirdim.

bu məhsula verdiyim dəyər 10/10

4 Biotherm skin oxygen cooling gel- gel tərlibli kremdi.serumdan sonra vurulur.dəriyə soyuq effekt verir,yüngüldü,dəriyə tez hopur,men bunu yalniz gece kremi olaraq istifadə edirdim.tərkibində spf yoxdur,su tərkibli nəmləndirici gel kremdi.qarışıq yağlılığa meylli dərilər üçün nəmləndiriciliylə çox yaxşıdı.quru dərilər sevməyə bilər. makiaj altı kem kimi yaxşı deyil, bu məhsulu yəginki birdə təkrar etməyəcəm, 6 aya yaxın təkcə gecələr evdə olduğum günlərdə səhərlər də istifadə etməklə mən bəs etdi

bu məhsula verdiyim dəyər 10/8

5 Biotherm aquasource total eye revitalizer - göz altı kremdi.bu kremi çox sevdim,tərkibi gel kremdi,gelin özü kremin qapağını açdıqda mavi parıltılı rəngdədir. dəriyə tez hopur.doğurdanda nəmləndirir.həm səhər həm axşam istifadə edirdim.makiaj alti da çox qəşəng gedir.dərini qızartmır.Favorit göz altı kremlərim sırasındadır.yenidən ala bilərəm.6 aya bitirdim bankanı

bu məhsula verdiyim dəyər 10/10

6 Biotherm life plankton essence- bu məsulu ən çox şərhlərə görə bəyənib almışdım.bu essencedi.serumdan əvvəl vurulan məhsuldu,iyi çox gözəldi.çalxaladıqdan sonra istifadə olunur,səhərlər nəmləndirici kremin altından vurub makiaj altı istifadə etmək olar həmçinin gecə,dərisi solğun insanlar üçün nəzərdə tutulub.men 7 gün istifadə etdim bunu.səhər və gecə.effekti mükəmməl idi.həqiqətən dəri tonumu açmışdı,heç bir səpki qızartı vermədən ama yayın çox isti günlərində bir müddətdən sonra T zonamı yağlandırmağa başladı,allergik səpkilər verdi.saxladım sonra  payızda yenə istifadə etdim yenə səpdi.məncə bu məhsul en çox quru dəri tiplərinə uyğundu.həm artıq bunun yağlı dərilər üçün olan eyni adda essensi satışa verilib.ola biler o mənim dəri tipimə daha uyğun olardı.anamın isə çox yağlı dəri tipinə malik olmasına baxmayaraq bu məhsul çox xoşuna gəlir.hər gün istifadə edir,qəribə məhsuldu

bu məhsula verdiyim dəyər 10/5









Comments

Popular Posts